...

Qaradağda silah-sursat aşkarlanıb (FOTO-VİDEO)

Hadisə Materials 21 Fevral 2025 15:40 (UTC +04:00)
Qaradağda silah-sursat aşkarlanıb (FOTO-VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 2 ədəd F1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 932 ədəd 7.62x39 mm-lik mərmi, 142 ədəd 5.45x39 mm-lik mərmi, 100 ədəd 9x18 mm-lik mərmi, 1 ədəd fişəngatan tapança və 1 ədəd İJ markalı qundağı kəsilmiş tüfəng olduğu müəyyən edilib.

Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti