...

Bakı yaxınlığında qəzaya uğramış təyyarənin qara qutusu axtarılır

Hadisə Materials 24 Dekabr 2005 11:13 (UTC +04:00)

Dünən axşamdan keçmiş Bakı yaxınlığında qəzaya uğramış AN-100-140 təyyarəsinin qara qutusunun axtarışına başlanılıb. Bu barədə Trend in Lider telekanalına istinadən məlumat yaydığı məlumata görə, Azərbaycan Baş prokurorunun birinci müavini Rüstəm Usubov jurnalistlərə bəyan edib.

O bildirib ki, gecə hadisə yerinə (Bakının Nardaran qəsəbəsi) baş nazirin müavini Abid Şərifov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zahid Qaralov, nəqliyyat naziri Ziya Məmmədov və digərləri baş çəkib. R.Usubovun sözlərinə görə, hələlik qəzanın səbəbləri məlum deyil.

Baş prokurorun birinci müavini təyyarədəki 18 nəfərin və 5 heyət üzvünün həlak rlması və onların tapılmış cəsədlərinin ekspertizaya göndərilməsi barədə məlumatları təsdiqləyib.

Təyyarə dekabrın 23-də saat 22:27-də qəzaya uğrayıb. AZAL Dövlət Konserninə məxsus olan təyyarə Heydər Əliyev adanə beynəlxalq təyyarə limanından saat 22:19-da Bakı-Aktau marşrutu üzrə havaya qalxıb. Az sonra təyyarə ilə əlaqə kəsilib və o, radarların ekranlarından itib. Uçuşdan 8 dəqiqə sonra aeroportuq operatorlarına AN-100-140 təyyarəsinin qəzaya uğraması barədə siqnal daxil olub. İri qəzanın qarşısını almaq məqsədilə pilotlar yaşayış məntəqəsinin üzərinə düşən təyyarəni dənizə doğru istiqamətləndiriblər.

İlkin məlumatlara görə, terror aktı barədə versiya istisna edilir.

Xəbər lenti

Xəbər lenti