...

Oğuz rayonunda qətl hadisəsi baş verib

Hadisə Materials 9 İyul 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Oğuz rayonunda qətl hadisəsi baş verib. Oğuz rayon Prokurorluğundan bazar ertəsi bildiriblər ki, rayonun Kərəmli kənd sakini Mirsaleh Mirbala oğlu Salehov şəxsi münaqişə zəmnində həmkəndlisi Elsevər Əbülfət oğlu İsmayılovun baş nahiyəsinə balta ilə zərbə endirib. İsmayılov dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Prokurorluğun məlumatına görə, cinayət törədən Salehov hadisə yerindən qaçaraq gizlənib. Oğuz rayon Polis İdarəsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Salehov tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Oğuz paytaxt Bakıdan 290 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti