...

Salyanda yol qəzalarının sayı artıb

Hadisə Materials 30 İyul 2007 12:28 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Salyan rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat işləri üzrə inspektoru Qalib Rzayevin verdiyi məlumata görə, son illər respublikada olduğu kimi, Salyanda da nəqliyyat vasitələrinin sayı artıb. Avtomobillərin çox olduğu bir dövrdə maşınların idarə edilməsində çətinliklər yaranır, bəzi sürücülər məsuliyyət hissini dərk etmir, sürət məhdudiyyətinə əməl etmirlər. Piyadalar da yol-hərəkat qaydalarına əksər vaxtlar düzgün riayət etmirlər. Elə bunun nəticəsidir ki, ötən illə müqayisədə həm rayon üzrə, həm də daxili yollarda qəza hadisələrinin sayı artıb. Belə ki, ötən ilin 6 ayında rayon üzrə 20 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 14 nəfər ölüb, 35 nəfər yaralanıb. Cari ilin 6 ayında isə 15 nəfərin ölümü, 21 nəfərin xəsarət alması ilə nəticələnən 22 yol-qəza hadisəsi qeydə alınıb. Daxili xidmət yollarında da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə çox olub. Belə ki, 2006-cı ilin yarımilliyində daxili xidmət yollarında 5 hadisə qeydə alınıb, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Bu ilin müvafiq dövründə isə 8 yol-qəza hadisəsinin baş verməsi nəticəsində 3 nəfər ölüb, 6 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəbər lenti

Xəbər lenti