...

Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından 24-cü cəsəd çıxarılıb

Hadisə Materials 7 Sentyabr 2007 14:28 (UTC +04:00)
Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından 24-cü cəsəd çıxarılıb

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından 24-cü cəsəd çıxarılıb. Trend in müxbirinin hadisə yerindən verdiyi məlumata görə, mərhumun şəxsiyyəti hələ məlum deyil.

Avqustun 28-də təxminən 18:00 radələrində Bakının Yasamal rayonunda Murtuza Muxtarov 185 ünvanında "Mütəfəkkir" MMC tərəfindən inşa olunan 16 mərtəbəli bina uçub. Dağıntılar altından 24 nəfər çıxarılıb, beş nəfər xəsarət alıb. Binanın dağıntıları altında hələ 1 nəfərin olması güman edilir.

28 avqust 2007-ci il tarixində baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Azərbaycan

Cinayət Məcəlləsinin 222.2 və 222-1.2 -ci maddələri ilə (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə) cinayət işi açılıb, prokurorluq və FHN-nin əməkdaşlarından ibarət operativ-istintaq qrupu yaradılıb.

Hadisə ilə əlaqədar "Mütəfəkkir" şirkətinin baş direktoru Əli Muradov, baş mühəndis Əsgər Əliyev, podratçılar Fərhad Həsənov və Qədir Səlimov saxlanılıb və üç ay müddətində azadlıqdan məhrum ediliblər.

Çərşənbə günü daha bir nəfər saxlanılıb. Çərşənbə günü Trend ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyevin verdiyi məlumata görə, Yasamal rayon məhkəməsi Bakı İcra Hakimiyyətinin Yaşayış Kooperativi İdarəsinin rəisi Akif Məhərrəmov Azərbaycan Cinayət Məcəlləsinin 308.1 maddəsi ilə üç ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti