...

Pentaqondan özbaşına qərar verən robotlar

Maraqlı Materials 13 Aprel 2013 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

ABŞ-ın Müdafiə Nazirliyi özbaşına qərar verə bilən robotların istehsalında önəmli addım atıb.

Trend-in şənbə günü "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Pentaqonun bir qrup elm adamı robotların insandan asılı olmayaraq sərbəst qərar verib hərəkət edə bilmələrini təmin edəcək kiçik bir cihaz istehsal edib. Bu da gələcəkdə özbaşına qərar verə bilən robotların istehsalına imkan yaradır.

Bu yenilik Qabaqcıl Müdafiə Araşdırmaları Layihələri Agentliyi (DARPA) tərəfindən dəstəklənib. Məlumata görə, insan beyni kimi düşünən və görünüşü də ona bənzəyən cihaz məlumatları mövcud kompüterlərdən daha kompleks proseslərlə işləyə bilir.

Bununla belə, yeni texnologiyaya qarşı çıxanlar da var. Onlar yeni robotların qatil insanlar kimi hərəkət edəcəklərini iddia edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti