...

67 ildir uşaqsız qalan kənd

Maraqlı Materials 2 Oktyabr 2013 20:15 (UTC +04:00)
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl doğulan körpənin valideynləri 42 yaşlı Mişel və 31 yaşlı Sabrina İzellalardır.
67 ildir uşaqsız qalan kənd

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

İtaliyada Lissa adlı kənddə son 67 ildə ilk dəfə uşaq dünyaya gəlib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl doğulan körpənin valideynləri 42 yaşlı Mişel və 31 yaşlı Sabrina İzellalardır. İzellalar ailəsi bu yaxınlarda Lissa kəndinə köçüb. Ailə şəhərin səs-küyündən və çirkabından kənarda uşaq sahibi olmaq üçün adıçəkilən kəndə gəlməyə qərar verib. Uşağın atası təsərrüfatla məşğul olduğu halda, anası qonşu kənddə müəllimə işləyir.

Körpəyə Françesko adı verilib. Kəndin sakinləri bu xəbəri eşidəndə çox seviniblər və ümid ediblər ki, Lissa gələcəkdə xeyli sayda əhalisi olan yaşayış məntəqəsinə çevriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti