...

Çində dünyanın ən bahalı fincanı sərgilənəcək

Maraqlı Materials 25 İyul 2014 17:19
Çinin paytaxtı Pekində keçiriləcək sərgidə dünyanın ən bahalı fincanı nümayiş etdiriləcək.
Çində dünyanın ən bahalı fincanı sərgilənəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Ulucay Akif/

Çinin paytaxtı Pekində keçiriləcək sərgidə dünyanın ən bahalı fincanı nümayiş etdiriləcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, fincanın sahibi honkonqlu Lyu İtsan incə çini çay fincanına görə hərrac zamanı 36 milyon dollarından keçib.

Hündürlüyü 8,2 sm olan fincanın üzərində xoruz rəsmləri təsvir olunub. Yaşının 600 ilə yaxın olduğu deyilən piyalənin 1465-1487-ci illərə (Çenhua dövrü) aid olduğu qeyd edilir.

L.İtsan fincan haqqında belə deyib: "Mən bu möhtəşəm fincandan çay içməyi çox arzulayırdım. Bu fincandan imperatorun çay içdiyini bilmək isə məni lap həyəcanlandırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti