...

Sabahdan hava kəskin dəyişəcək - yağış, qar

Maraqlı Materials 14 Mart 2016 12:49 (UTC +04:00)
Sabahdan paytaxtda intensiv yağışlar, dağlıq və dağətəyi rayonlarda isə sulu qar, qar yağacağı proqnozlaşdırılır.
Sabahdan hava kəskin dəyişəcək - yağış, qar

Bakı. Trend:

Sabahdan paytaxtda intensiv yağışlar, dağlıq və dağətəyi rayonlarda isə sulu qar, qar yağacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 15-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə martın 15-də arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 8-13, dağlarda gecə 0-5, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 15-dən 16-sı gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyi, havanın temperaturunun enməsi, rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti