...

Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri iki istiqamətdə atəşkəs rejimini pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Sentyabr 2007 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 14-də saat 2.30-dan 3.00-dək Tərtər rayonunun Çaylı kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 3.15-dən 4.00-dək və saat 8.00-dan 8.10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutublar, cümə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.

Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti