...

Dağlıq Qarabağ üzrə danışıqlar prosesinin davam etdirilməsi ATƏT-in əsas vəzifələrindən biridir - İlkka Kanerva

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2008 20:24 (UTC +04:00)
Dağlıq Qarabağ üzrə danışıqlar prosesinin davam etdirilməsi ATƏT-in əsas vəzifələrindən biridir - İlkka Kanerva

Azərbaycan, Bakı, 28 fevral / " Trend ", müxbir K.Ramazanova/ "Dağlıq Qarabağ üzrə danışıqlar prosesinin davam etdirilməsi və tez bir zamanda nəticələrin əldə edilməsi ATƏT-in əsas vəzifələrindən biridir", -ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işləri naziri İlkka Kanerva mətbuat konfransında jurnalistlərə bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hərtərəfli dəstək mövcuddur" - o deyib.

Kanerva qeyd edib ki, beynəlxalq ictimaiyyət Minsk Qrupuna etibar edir və münaqişənin bu çərçivədə həllini dəstəkləyir: "Mən BMT-nin əleyhinə deyiləm, lakin Minsk Qrupunun Birləşmiş Millətlər Təşkilatı ilə əvəz edilməsinə ehtiyac görmürəm". Onun sözlərinə görə, ATƏT Etmənistan-Azərbaycan münaqişəsinin Minsk Qrupu çərçivəsində nizamlanması prosesini dəstəkləməkdə davam edəcək. Bu, ATƏT-in fəaliyyətinin əsas prioritetini təşkil edir.

"Bu münaqişə beynəlxalq hüquq normaları çərçivəsində və sülh yolu ilə həll edilməlidir" - Kanerva deyib.

Dağlıq Qarabağ icmasının danışıqlar prosesində iştirakı məsələsinə toxunan Kanerva bildirib ki, bu mövzu açıq olaraq qalır. Onun fikrincə, Dağlıq Qarabağ icması danışıqlarda iştirak edə bilər, lakin bunun zamanı hələ çatmayıb.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti