...

NATO Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanması prosesini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2008 12:39 (UTC +04:00)
NATO Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanması prosesini dəstəkləyir

Azərbaycan, Bakı, 16 iyun/ Trend , müxbir S.Ağayeva/ "NATO Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanmasında Minsk Qrupunun səylərini dəstəkləyir", - bu barədə bazar ertəsi Bakıda jurnalistlərə NATO-nun nümayəndəsi Diyeqo Ruiz Palmer bildirib.

O qeyd edib ki, NATO bu münaqişənin nizamlanması prosesində birbaşa olaraq iştirak etməsə də, sülh prosesini izləyir və bu münaqişənin həllində ATƏT və BMT-nin səylərini dəstəkləyir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan etibarən ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti