...

Almaniya tezliklə Dağlıq Qarabağ münaqişəsinin həll yolunun tapılacağına ümid edir - İşçi qrupun rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2008 11:49 (UTC +04:00)
Almaniya tezliklə Dağlıq Qarabağ münaqişəsinin həll yolunun tapılacağına ümid edir - İşçi qrupun rəhbəri

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Almaniya Azərbaycan və Ermənistanın yeni seçilən prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh danışıqlarını davam etdirəcəyinə və tezliklə münaqişənin həll yolunun tapılacağına ümid edir.

"Avqust ayında Gürcüstanda baş verən hadisələr onu göstərdi ki, heç bir münaqişə, o cümlədən Cənubi Qafqazdakı münaqişələr mübaribə və zor tətbiq etməklə həll oluna bilməz", - bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Almaniya-Cənubi Qafqaz parlamentlərarası əməkdaşlıq üzrə İşçi qrupun rəhbəri Şteffen Rayşe bildirib.

Trend -un arayışı:. İki Cənubi Qafqaz ölkəsi-Azərbaycan və Ermənistanq arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. Hazırda Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır

Almaniya Bundestaqının Sosial-Demokrat Partiyası fraksiyasının nümayəndə heyəti oktyabrın 22-də Azərbaycana səfərə gəlib.

Uta Tsapf və Şteffen Rayxenin səfərində məqsəd Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinə dair danışıqlar aparmaqdır.

"Almaniya Cənubi Qafqazda olan "dondurulmuş münaqişələrin" ölkələrin ərazi bütövlüyü və sülh yolu ilə həllini dəstəkləyir. Almaniya və mənim təmsil etdiyim Sosial-Demokrat Partiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Almaniya həmişə Azərbaycnın yanında olub və olacaq. ABŞ və Rusiya ilə müqayisdə Avropada Azərbaycanı daha çox dəstəkləyirlər", - deyə İşçi qrupun rəhbəri əlavə edib.

Rayşe bildirib ki, Azərbaycana səfərləri Almaniyanın xarici işlər naziri Frank- Valter Ştayenmayerin tapşırığı əsasında həyata keçirilir: "Xarici işlər naziri bizə tapşırıb ki, prezident seçkisindən sonra Azərbaycandakı vəziyyəti və yeni seçilən prezidentin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh prosesini necə davam etdirəcəyini öyrənək".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti