...

Hazırki vəziyyətdə Azərbaycan uğrunda "döyüş" qaçılmazdır – azərbaycanlı ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2008 17:20 (UTC +04:00)
Hazırki vəziyyətdə Azərbaycan uğrunda "döyüş" qaçılmazdır – azərbaycanlı ekspert

Azərbaycan, Bakı, 29 oktyabr/ Trend /  

Trend -un Azərbaycanın Sosial Layihələr Fondunun prezidenti Rəşad Rzaquliyevlə müsahibəsi

  - Son vaxtlar Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bəzi aparıcı dövlətlərin vasitəçilik fəaliyyətinin canlanmasının şahidi oluruq. Baş verənlərin belə mənzərəsi nə ilə bağlıdır?

- Düşünürəm ki, baş verənlər gürcü - osetin və müvafiq olaraq, Rusiya - Gürcüstan münaqişəsi nəticəsində aparıcı geosiyası mərkəzlərin region üzrə, bir növ, etibar sazişinin qüvvədən düşməsi ilə birbaşa bağlıdır.

Avropa İttifaqı ilə birlikdə Birləşmiş Ştatlar da, Rusiya Federasiyası da regionu strateji baxımdan vacib geosiyası və geoiqtisadi plasdarm kimi nəzərdən keçirərək, vəziyyətdən öz təsirlərini gücləndirmək və Cənubi Qafqazdakı rəqiblərini sıxışdırmaq üçün istifadə edəcəklər. Gürcüstan xarici siyasət oriyentirlərini müəyyənləşdirib, Ermənistan da həmçinin. Başlıca regional oyunçu - Azərbaycan "geosiyasi plüralizm" kursu kontekstində balanslaşdırılmış siyasət aparır. Hazırki vəziyyətdə Azərbaycan uğrunda "döyüş" qaçılmaz olub.

Vasitəçilik fəaliyyətində iştirak edən tərəflərin hamısı Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prinsipinə sadiqliklərini  təsadüfən bəyan etməyiblər. Bu gün problem qəti şəkildə millətin öz müqəddəratını müəyyən etməsi hüququ müstəvisindən iki dövlət arasında ərazi mübahisəsi kateqoriyasına keçib. Bir müddət əvvəl - cari ilin martın 14- də BMT Baş Assambleyasının Qarabağın dağlıq hissəsinin  məxsusluğu üzrə Qətnaməsinin qəbulu zamanı ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr - ABŞ da, Rusiya da, Fransa da hamılıqla Azərbaycanın bu hüququna etiraz ediblər.

- Şayiə və gümanlar çox olsa da, müxtəlif tərəflərin münaqişənin həlli formatı üzrə təklifləri haqqında məlumat azdır. Sizin rəyinizcə, bu gün Rusiya və ABŞ hansı təklifləri irəli sürə bilər?

- Hazırki vəziyyətdə yalnız Ermənistan - Azərbaycan münaqişəsinin həllinin bu və ya digər ölkəyə hansı formatda əlverişli olduğunu güman etmək olar.

Erməni silahlı qüvvələrinin Qarabağın dağlıq hissəsi ətrafında "bufer zonası"  qismində işğal etdikləri Azərbaycanın yeddi rayonunun qaytarılması, bütün vasitəçilər tərəfindən birmənalı olaraq münaqişənin həllinin birinci mərhələsi kimi nəzərdən keçirilir.

Dağlıq Qarabağ və Laçın dəhlizinin statusuna gəldikdə isə, sülhməramlı qüvvələrin yerləşdirilməsi və sair formatlar - burada variantlar müxtəlifdir.

- Bu halda Rusiya hansı məqsədləri güdür və onların təkliflərinin konteksti necə ola bilər?

- Rusiyanın bundan irəli gələn bütün nəticələrlə regionda Azərbaycan və Ermənistanın istinad bazası əlaqəsinə ehtiyacı var. Belə əlaqə baş tutmazsa, Rusiyanın regiondan sıxışdırılıb çıxarılması dönməz olacaq.

Rusiyanın təklifinə gəldikdə isə... 2003-cü ildən Moskva "Kozak Memorandumu" kimi göstərilmiş Dnestryanıdakı münaqişənin qəti həlli üzrə ideyalar paketini təbliğ edir. Bu, Moldova və Dnestryanının vahid federativ dövlətdə birləşməsi formatıdır.  Moldovanın ərazi bütövlüyü 100 faiz təmin edilir. Amma...

Bununla yanaşı, unitar dövlət quruluşu sisteminin federativ sistemlə əvəzlənməsi kontekstində dövlətin Konstitusiyası dəyişdirilir. Bu zaman ölkənin tam demilitarizasiyası qeyd edilir və neytrallıq statusu təsbit olunur. Bununla yanaşı, Dnestryanı Moldova Respublikası və Qaqauzıstan muxtar dövləti öz Konstitusiyaları, qanunverici və icraedici sturkturları, müstəqil büdcələri və muxtar vergi sistemləri ilə Federasiya Subyektləri olurlar.

"Kozak planı" indiyədək realizə edilməyib. Planda Moldova rəhbərliyinin qəbul etmədiyi bir sıra məqamlar var. Lakin Rusiyanın belə problemlərin həllinə yanaşma formatı aydındır. Görünür, belə bir şey Azərbaycana təklif ediləcək və ya artıq təklif edilib. Təbii ki, Azərbaycan Moldova deyil və Rusiyanın rəsmi Bakıya təklifləri bizim üçün daha yumşaq və daha rahat olacaq. Lakin şübhə etmirəm ki, təkliflərin əsası analoji olacaq. Bu işdə illüziyalar artıqdır - problemi həll edərkən Rusiya Ermənistanla dostluğunu itirə bilməz. Əks halda, nəticə çəkilən zəhmətə dəyməz.

İstənilən halda, aydındır ki, Rusiyadakı erməni lobbisi maliyyə vasitəsilə tutduqları siyasətçi və ekspertlərin əliylə, daha doğrusu, dilləri ilə prezident Dmitri Medvedyevin Qarabağ məsələsinin həlli üzrə təşəbbüsünün pozulması istiqamətində fəal siyasət aparırlar. Rusiya "Zatulinçiliyinin" fəallaşması, Rusiyanın bir sıra internet -resurslarında Qarabağın dağlıq hissəsinin dövlət mənsubiyyətinin müəyyən edilməsində "səhv" faktları bunun bariz təsdiqidir.

- O zaman, sizin rəyinizcə, Birləşmiş Ştatların maraqları necədir?

- ABŞ üçün Cənubi Qafqaz plasdarmının ələ keçirilməsi perspektiv ümidlər üçün çox vacibdir. Amerikalılara Rusiyaya qarşı Azərbaycan - Gürcüstan bağlılığı lazımdır. Bu baş verərsə, Atlantik sahillərindən gələnlər regionda  uzun müddətə möhkəmlənəcəklər.

Maraqlar aydındır - İran və onun karbohidrogen ehtiyatları, Mərkəzi Asiya regionuna çıxış perspektivi ilə Xəzərə çıxış, Rusiyanın cənub dənizlərinə çıxışının bağlanılması, Rusiya ərazini ötüb keçən enerji magistrallarının formalaşdırılması və s. Ümumilikdə - Rusiyanın maraqlarının regiondan sıxışdırılıb çıxarılması üzrə tam komplekt.

Mənim rəyimcə, Amerikanın varinatı daha çox ərazi mübadiləsi formatına söykənir. Hələ 1992-ci ildə Amerikanın prezident böyük Corc Buşun administrasiyasının dəstəklədiyi "Qobl planı" (plan 1996 -cı ildə bir qədər təkmilləşdirilib) yaranmışdı. Mənə məlum olduğuna görə, bu rakursda amerikalılar üçün "Meqri dəhlizi"nin formalaşdırılması son dərəcə vacibdir.

Meqrinin Laçına dəyişdirilməsi, bununla eyni zamanda, Naxçıvanın Ermənistan tərəfindən blokadasının aradan qaldırılması və azərbaycanlıların Qarabağı blokadaya almasının istisna edilməsi - bu variant sərhədlər dəyişdirilmədən beynəlxalq nəzarət altında nəqliyyat dəhlizlərinin yaradılması formatında da həyata keçirilə bilər.

İstənilən halda, amerikalılar vəziyyəti Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi kontekstində  nəzərdə keçirilirsələr də, Ermənistanın şəxsi koordinat sistemi sahəsinə köçürülməsi üçün maksimum səy göstərəcəklər. Düşünürəm ki, Ermənistanın hazırki rəhbərliyi ilə çətin münasibətlərdə olan ABŞ - ın erməni diasporu bu işdə xüsusilə fəal olacaq.

- Cənubi Qafqaz "geosiyasi cəbhəsində" kim qələbə qazanacaq?

- Ümid edirəm ki, Azərbaycan. Qarabağ problemi Azərbaycan dövlətçiliyinin astana problemidir. Və onun həlli ölkənin milli - dövlətçilik inkişafına güclü stimul verəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti