...

ABŞ-da Dağlıq Qarabağ münaqişəsinə dair simpozium keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2009 12:18 (UTC +04:00)

ABŞ, Vaşinqton, 18 sentyabr / Trend New, müxbir N.Boqdanova /

Amerikanın Massaçusets ştatının Medford şəhərində sentyabrın 26-da Dağlıq Qarabağ münaqişəsinin yenidən qiymətləndirilməsi üzrə simpozium keçiriləcək.

Konfransda məqsəd Amerika, Azərbaycan və Ermənistan ekspertləri və aralarında Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Elin Süleymanov, Azərbaycan Diplomatiya Akademiyasının nümayəndələri Anar Ziyadov və Fariz İsmayılzadənin də olduğu rəsmi şəxslərin iştirakı ilə münaqişənin nizamlanması yollarının müzakirə edilməsidir.

Müzakirə edilən əsas mövzular arasında Dağlıq Qarabağ sülh prosesinin regional reallıqlar kontekstində problem və perspektivləri, həmçinin ötən ilin avqust ayında Gürcüstanda baş verən müharibədən sonra Dağlıq Qarabağ münaqişəsi məsələsi olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Simpozium Cənub-Qərbi Asiya münaqişələrinin həlli və beynəlxalq danışıqlar üzrə proqram, Fletçer adına hüquq və diplomatiya məktəbinin islam sivilizasiyası proqramı, həmçinin Harvard hüquq məktəbinin danışıqların aparılması proqramının dəstəyi ilə baş tutacaq.

Xəbər lenti

Xəbər lenti