...

İsveçdəki Azərbaycan Federasiyası xarici ölkə səfirliklərinə müraciət ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2010 18:23 (UTC +04:00)
İsveçdəki Azərbaycan Federasiyası (İAF) cümə günü İsveçdə xarici ölkələrin səfirliklərinə Xocalı soyqırımına həsr edilmiş müraciət, fotomateriallar və kitablar ünvanlayıb.
İsveçdəki Azərbaycan Federasiyası xarici ölkə səfirliklərinə müraciət ünvanlayıb

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir M.Əliyev/

İsveçdəki Azərbaycan Federasiyası (İAF) cümə günü İsveçdə xarici ölkələrin səfirliklərinə Xocalı soyqırımına həsr edilmiş müraciət, fotomateriallar və kitablar ünvanlayıb. Bu barədə İAF-ın məsul işçisi Əfzəl Məhəmmədi Trend -a bildirib.

Onun sözlərinə görə, müraciət 45 səfirlikdən başqa, İsveç Parlamentinə, Xarici İşlər Nazirliyinə və media nümayəndəliklərinə ünvanlanacaq.

"Fevralın 27-də Stokholmun mərkəzi meydanında Xocalı soyqırımının 18-ci il dönümü ilə bağlı mitinq keçiriləcək", - Məhəmmədi deyib. Qarabağ Komitəsi ilə İAF-ın təşkil etdiyi birgə ikisaatlıq mitinq yerli vaxtla saat iki də başlayacaq.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər.

Soyqırım zamanı Xocalıda 600-dan çox adam öldürülüb, qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır. 1000 nəfər aldığı yara nəticəsində əlilə çevrilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyil.

Bütün İsveçi əhatə edəcək Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya çərçivəsində bülletenlər paylanılacaq.

Xəbər lenti

Xəbər lenti