...

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2010 17:13 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 31-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir K.Zərbalıyeva/

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 31-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Caslan Nurtazin keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Vladimir Çontulov və Antal Herdiç keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti