...

Türkiyə bölgədə sülhün təmin olunması üçün ATƏT-in Minsk qrupunun daha fəal olmasını istəyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Aprel 2010 00:00 (UTC +04:00)

Türkiyə bölgədə sülh və əmin-amanlığın təmin olunması üçün ATƏT-in Minsk qrupunun daha fəal olmasını istəyir. Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfərə yola düşməzdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib, Cihan agentliyi məlumat verir.

"Bu mövzünü Obama, MedvedevSarkozi ilə müzakirə etdik. Amerikada yenə birlikdə olacağıq və bu məsələni ikitərəfli görüşlərimizdə dəyərləndirəcəyik", - Ərdoğan deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə atəşkəs rejimi əldə ediblər. Lakin uğursuz sülh danışıqları hələ də davam edir.

Ərdoğanın sözlərinə görə, Obama ilə görüşünün əsas mövzüsü Ermənistanla bağlı məsələlər olacaq. Turkiyənin baş naziri onu da qeyd edib ki, Azərbaycana və Ermənistana göndərdiyi şəxsi təmsilçisi onun mesajını İlham ƏliyevəSerj Sarqsyana çatdırıb.

"ABŞ-da səylərimizi dəyərləndirmək üçün fürsətimiz olacaq", baş nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti