...

Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, separatçılar qondarma "seçki" keçirməkdə davam edəcəklər – Azərbaycanın hakim partiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2010 12:54 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının sədr müavini hesab edir ki, erməni separatçılarının Dağlıq Qarabağda qondarma "seçki" keçirməsinin qarşısını almaq üçün münaqişə həll olunmalıdır.
Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, separatçılar qondarma "seçki" keçirməkdə davam edəcəklər – Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyasının sədr müavini hesab edir ki, erməni separatçılarının Dağlıq Qarabağda qondarma "seçki" keçirməsinin qarşısını almaq üçün münaqişə həll olunmalıdır.

"Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması separatçı rejimin qondarma "seçki" keçirməsinə şərait yaradır", - Trend-in məlumatına görə, çərşənbə axşamı Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov Parlamentin iclasında çıxışı zamanı bildirib.

Mayın 23-də Dağlıq Qarabağda separatçı rejimin qondarma "parlament seçki"si keçirilib. BMT, ATƏT, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar "seçki"ləri tanımadıqlarını bəyan edib və bu aksiyanı pisləyib.

Əhmədovun sözlərinə görə, separatçıların bu addımlarının qarşısını almaq üçün Azərbaycan ictimaiyyəti də beynəlxalq təşkilatları münaqişənin nizamlanması istiqamətində səylərini artırmağa çağırmalıdır.

"Azərbaycan Prezidenti münaqişənin həlli ilə bağlı birmənalı mövqeyini dəfələrlə bəyan edib. Azərbaycan ictimaiyyəti də bu prosesdə fəal olmalıdır", - millət vəkili əlavə edib.

Onun fikrincə, Dağlıq Qarabağda keçirilən qondarma "seçki"ləri beynəlxalq təşkilatların tanımaması təqdirəlayiqdir.

"ATƏT-in Minsk qrupunun həmsədrləri də separatçıların seçki keçirməsinin heç bir hüquqi əsası olmadığını bəyan ediblər. Amma bu cür bəyanatlara baxmayaraq, münaqişə birdəfəlik həll olunmasa, qondarma seçkilərin keçirilməsi davam edəcək", - sədr müavini vurğulayıb.

Əhmədov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini sürətləndirmək üçün Azərbaycan Parlamenti, eləcə də deputatlar səylərini artırmalıdırlar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti