...

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın XİN rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti addımları müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2010 14:36 (UTC +04:00)
İyunun 4-də Venesiyada ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti addımları müzakirə edib. Bu haqda Minsk qrupunun rəsmi bəyanatında deyilir.
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın XİN rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti addımları müzakirə ediblər

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

İyunun 4-də Venesiyada ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti addımları müzakirə edib. Bu haqda Minsk qrupunun rəsmi bəyanatında deyilir.

Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri İqor Popov, Bernar Fasye və Robert Bradtke Azərbaycanın XİN rəhbəri ilə birgə danışıqlar prosesində sülh impulsunun bərpa edilməsi üzrə tərəflərin növbəti addımlarını qiymətləndirib. Bundan öncə, mayın 12-si, Brüsseldə bu məsələ Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla müzakirə olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti