...

Böhran qrupu tezliklə Dağlıq Qarabağ münaqişəsi üzrə yeni məruzə təqdim edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Fevral 2011 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Y.Ostapenko/

Böhran qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gələn həftənin ortalarında dərc olunacaq növbəti məruzəni hazırlayıb. Bu barədə Trend-ə analitik Sabina Freyzer bildirib.

"Məruzənin əsas mövzusu Azərbaycanla Ermənistan arasında yeni müharibənin mümkünlüyüdür", - Böhran qrupunun Avropa proqramlarının direktoru Freyzer qeyd edib.

Məruzə Böhran qrupunun ekspertlərinin Azərbaycanda və Ermənistanda apardıqları araşdırmalara əsaslanır. Bu araşdırmalar üzərində iş son dörd ay ərzində aparılıb.

"Biz atəşkəs rejiminin pozulması hallarının artmasını, hər iki ölkənin hərbi büdcələrini, eləcə də nizamlanmada irəliləyişin əldə edilməsində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz olmasını izləyirik", - Freyzer bildirib.

1995-ci ildə yaradılan Beynəlxalq Böhran Qrupu (International Crisis Group) dünyanın müxtəlif ölkələrində vəziyyətin analizi ilə məşğul olur. Mütəmadi olaraq Dağlıq Qarabaq münaqişəsi ilə bağlı məruzə hazırlanır.

Dağlıq Qarabaq üzrə bundan əvvəlki məruzə 2009-cu ildə hazırlanıb. Freyzerin sözlərinə görə, hazırkı məruzəni bir növ "Dağlıq Qarabağ: dönüşə çatarkən" adı altında çap olunan 2009-cu il məruzəsinə əlavə hesab etmək olar.

2007-ci il məruzəsi - "Dağlıq Qarabağ: müharibə ilə risk" - münaqişənin nizamlanması yollarının axtarışına və Ermənistan-Azərbaycan münaqişəsi zonasında hərbi əməliyyatların bərpa edilməsi ehtimallarının qiymtələndirilməsinə həsr olunub.

2005-ci ildə Böhran qrupunun Dağlıq Qarabağ məsələsi üzrə ilk iki məruzəsi münaqişə tərəflərinin ictimaiyyətində ciddi maraq doğurub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti