...

Baş Konsul: Dağlıq Qarabağ üzrə irəliləyişin olmaması Cənubi Qafqazda ən böyük problem olaraq qalır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2011 08:18 (UTC +04:00)
Dağlıq Qarabağa dair 20 il ərzində heç bir tərəqqinin olmaması Cənubi Qafqazda ən böyük problem olaraq qalır, bunu Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən "Cənubi Qafqaz və Xəzər dənizinə dair ABŞ-ın strategiyası" konfransında çıxış edərək bildirib.
Baş Konsul: Dağlıq Qarabağ üzrə irəliləyişin olmaması Cənubi Qafqazda ən böyük problem olaraq qalır

ABŞ, Vaşinqton, 19 fevral /Trend L. Katık /

Dağlıq Qarabağa dair 20 il ərzində heç bir tərəqqinin olmaması Cənubi Qafqazda ən böyük problem olaraq qalır, bunu Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən "Cənubi Qafqaz və Xəzər dənizinə dair ABŞ-ın strategiyası" konfransında çıxış edərək bildirib.

"Ermənistan bu münaqişədə danışıqlar aparan tərəflərdən biridir, lakin reallıq göstərir ki, bu münaqişə təhlükəsizlik, iqtisadi inkişaf və regionda institusional islahatlar üçün ən böyük maneə olaraq qalır," Süleymanov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Süleymanov, Dağlıq Qarabağ problemini həll edilə bilinməyən bir münaqişə olmadığını və tərəflərin bu məsələdə irəliyə getməyin zəruriyətini bildirdib.

O, Bakı və İrəvanın 1999-ci ildə İstanbulda ATƏT-in zirvə görüşündə razılığa gəlməkdə yaxın olduqlarını qeyd etdi, lakin sonradan tərəflərin real tərəqqiyə nail olmaq üçün göstərdikləri səylər uğursuz oldu.

"Biz 2010-cu ildə Astanada daha bir şans əldə etdik, lakin ondan istifadə etmədik. Bu çox təəsüf edicidir, çünki münaqişə həll olunmadan tərəflər baş verənlər haqqında müxtəlif fikirlərə malik olduqları davam edəcək,", Süleymanov dedi.

Baş konsul qeyd etdi ki , Rusiya sülh prossesin irəliyə qetməsi üçün bir sıra maraqlı addımlar atmışdır, lakin onlar hələ də nəticəsiz olaraq qalır.

"Bu problemin həlli tapmamasının səbəblərindən biridə, tərəflərin münaqişənin həll etmək üçün heç bir siyasi iradə göstərmədikləridir,".

Süleymanovun sözlərinə görə, Ermənistanın regiona inteqrasiyası cari vəziyyətin müvafiq dəyişildiyi təqdirdə Azərbaycan və Türkiyənin iştirakı ilə baş verə bilər.

Süleymanov son 20 il ərzində Azərbaycanın xarici siyasətinin digər nəticələri arasında Bakı və Tiflis arasında olan münasibətlərin "yalnız ümumi maraqlar əsasında qurulan bir əməkdaşlıq modeli hesab edilə biləcəyini" söylədi.

Süleymanovun sözlərinə görə, Azərbaycan digər qonşuları ilə münasibətlərini müəyyən tarazlaşdırılmış səviyyəyə çatdırıb.

"Azərbaycanın xarici siyasətinin xüsusiyyəti ondan ibarətdir ki, qərarlar Azərbaycanın və Azərbaycan xalqının milli maraqları əsasında qəbul edilir və bu çox əhəmiyyətli nailiyyətdir", o bildirib.

Azərbaycan nümayəndəsi onun ölkəsinin Rusiya ilə münasibətlərində balansa nail olduğunu bildirib.

"O, (Rusiya), Qafqazda lazımi tərəfdaşdır, lakin bu yalnız tərəfdaşlıq bir məsələsi deyil, həm də sülhün və təhlükəsizliyin qorunmasında məsuliyyət məsələsidir", deyə o bildirib. "Bizim Rusiya ilə sərhədlərimizin demarkasiyası münasibətlərimizin inkişafının nümunələrindən biridir."

Xəbər lenti

Xəbər lenti