...

ATƏT-in Minsk qrupunun qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş əraziləri üzrə məruzəsinə Avropa Şurasında baxılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Aprel 2011 15:48 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun səhra qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş əraziləri üzrə məruzəsinə Avropa Şurasında baxılacaq.
ATƏT-in Minsk qrupunun qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş əraziləri üzrə məruzəsinə Avropa Şurasında baxılacaq

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir M.Əliyev/

ATƏT-in Minsk qrupunun səhra qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş əraziləri üzrə məruzəsinə Avropa Şurasında baxılacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycanın AŞ-dakı daimi nümayəndəsi Arif Məmmədov məlumat verib.

Diplomat bildirib ki, bir qayda olaraq, bütün beynəlxalq təşkilatların missiyalarının fəaliyyəti haqqında məlumat diplomatik kanallarla komitələrə, AŞ rəhbərliyinə göndərilir və çox ehtimal ki, bu məlumat təşkilatda da yayılacaq.

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın təşəbbüsü ilə 2010-cu il noyabrın 7-dən 12-dək Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağa bitişik yeddi rayonunun ərazisində humanitar və digər aspektlər də daxil olmaqla ümumi vəziyyəti qiymətləndirmək üçün səhra qiymətləndirmə missiyasını həyata keçiriblər. Bu barədə təşkilatın rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Səfər zamanı Minsk qrupunun həmsədrləri həmin ərazilərdə olublar və vəziyyətlə tanış olublar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti