...

ATƏT MQ Dağlıq Qarabağ üzrə sülh prosesinin aktivləşdirilməsinin yollarını axtarır – səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2011 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir V.Javoronkova/

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri gələn həftənin əvvəlində regiona gələcəklər. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza "Save the children" təşkilatının layihəsinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

"Həmsədrlər Bakıda əsas prinsipləri və Kazan görüşü zamanı hər iki tərəfin formalaşdırdığı məsələlərin həlli yollarını müzakirə edəcəklər. Minsk qrupu impulsun saxlanması və Dağlıq Qarabağ üzrə sülh prosesinin aktivləşdirilməsinin yollarını axtarır", - səfir deyib.

Brayzanın sözlərinə görə, ABŞ əvvəlki kimi ən yüksək səviyyədə Minsk prosesinin irəliləməsinə kömək etməyə fəal cəhd edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti