...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Dekabr 2011 09:57 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 28-də saat 18.40-dan 18.44-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;

- saat 20.30-dan 20.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 22.45-dən 22.50-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti