...

RF Bakı və Yerevan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olacaq - Sergey Lavrov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2012 16:57 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri Rusiyaya iki ölkə arasında humanitar əlaqələrin qurulmasında vasitəçi qismində çıxış etmək xahişi ilə müraciət ediblər.
RF Bakı və Yerevan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olacaq - Sergey Lavrov

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan və Ermənistan prezidentləri Rusiyaya iki ölkə arasında humanitar əlaqələrin qurulmasında vasitəçi qismində çıxış etmək xahişi ilə müraciət ediblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Belə əlaqələrin təşəbbüskarı olduğumuz üçün Rusiyaya Bakı və Yerevanın xahişi ünvanlanıb. Dmitri Medvedev əlbəttə ki, razılaşıb", - Lavrov deyib və onu da əlavə edib ki, Rusiya həmişə bu cür humanitar əlaqələrin tərəfdarı olub və bu məqsədlər üçün vasitəçi rolunu yerinə yetirməyə hazırdır.

Soçidə Dmitri Medvedev, İlham Əliyev və Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarını şərh edən Lavrov vurğulayıb ki, üç prezident insanlar arasında birbaşa humanitar, mədəni, təhsil və digər əlaqələrin qurulmasının zəruriliyinə əminliklərini bildirib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, üç ölkənin liderləri razılaşıblar ki, belə əlaqələr Azərbaycan və Ermənistan arasında etimadı bərpa etmək və möhkəmləndirmək, siyasi qərarları qəbul etmək üçün maksimum əlverişli mühit yaratmaq baxımından vacib rol oynayır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti