...

Xocalı soyqırımı beynəlxalq tribunala verilməlidir – deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2012 12:54 (UTC +04:00)
Xocalı soyqırımı beynəlxalq tribunala verilməlidir. Trend-in məlumatına görə, bunu AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva "Xocalı soyqırımı insanlığa qarşı həyata keçirilən ən ağır cinayətdir" mövzusunda elmi sessiya zamanı deyib.
Xocalı soyqırımı beynəlxalq tribunala verilməlidir – deputat

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.Mehdiyev/

Xocalı soyqırımı beynəlxalq tribunala verilməlidir. Trend-in məlumatına görə, bunu AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva "Xocalı soyqırımı insanlığa qarşı həyata keçirilən ən ağır cinayətdir" mövzusunda elmi sessiya zamanı deyib.

"Artıq tribunaldan danışırıqsa, biz ora hüquqi sənədlər təqdim etməliyik", - Mustafayeva bildirib.

Tədbir zamanı həmçinin Xocalı soyqırımının 20-ci il dönümünə həsr edilmiş "Xocalı hadisələri beynəlxalq hüquqa əsasən soyqırım kimi qiymətləndirilir" adlı ingilis, rus, alman və fransız dillərində nəşr edilmiş kitab təqdim edilib.

Tədbirdə çıxışında Mustafayeva Xocalı soyqırımının insanlığa qarşı həyata keçirilən ən ağır cinayət olduğunu göstərib və bu cinayət hadisəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə yetərincə çatdırılmasının vacibliyini vurğulayıb.

"Biz müxtəlif səpkili və istiqamətli fəaliyyətmizlə beynəlxalq aləmi Xocalı hadisələrinə soyqırım kimi qiymət verilməsinə hazırlamalı və buna nail olmalıyıq", - Mustafayeva qeyd edib.

Hazırkı nəşrin əhəmiyyətindən danışan millət vəkili kitabın məhz bu baxımdan əhəmiyyətli olduğunu qeyd edib.

Kitabda Xocalı soyqırımının beynəlxalq cinayət kimi hüquqi səciyyələri və əsasları göstərilir, Xocalı əhalisi olan azərbaycanlılara qarşı törədilən bütün əməllər beynəlxalq hüquq sənədlərinə uyğun olaraq soyqırım kimi və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq cinayət kimi qiymətləndirilir.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bu kitabın Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırlması üçün əhəmiyyətli olduğunu qeyd edib.
Paşayeva deyib ki, bu soyqırımı törədənlər ədalət qarşısında cavab verməlidir. "Bu istiqamətdə ən önəmli məsələ beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır. Xocalı soyqırımı təkcə bizim millətə deyil, bütün insaniyyətə qarşı törədilən bir cinayətdir. Bu cinayətin cəzasız qalması yeni cinayətlərə yol açır", - Paşayeva bildirib.

Qeyd edək ki, 1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər dörd gün düşmənlə mübarizə aparıb. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti