...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 May 2012 09:55 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Azərbaycan, Bakı, 15 may / Trend müxbir M.Əliyev/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.

Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 16-da Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Antal Herdiç, ofisinin əlaqələndiricisi Piter Ki və yüksək səviyyəli palanlaşdırma qrupunun nümayəndəsi, polkovnik Andrey Baraşkin keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle, şəxsi köməkçi Uilyam Praroy və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi mayor Vitali Belekon keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti