...

Lavrov və Klinton Dağlıq Qarabağ problemini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2012 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Hillari Klinton sentyabrın 8-də Vladivostokda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini də müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə RF XİN-in məlumatında bildirilib.

Məlumata görə, həmçinin iki ölkənin qarşılıqlı münasibətləri, ticari-investisiya əlaqələri, eləcə də Suriyadakı və İranın nüvə proqramı ətrafındakı vəziyyət də müzakirə mövzusu olub.

Xəbər lenti

Xəbər lenti