...

Ötən ay Azərbaycanda 800-ə yaxın partlamamış hərbi sursat zərərsizləşdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2012 12:51 (UTC +04:00)
Ötən ay ərzində 3 milyon 713 min 25 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Ötən ay Azərbaycanda 800-ə yaxın partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay ərzində 3 milyon 713 min 25 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrda 793 PHS və 7 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək ANAMA tərəfindən cəmi 210 milyon 907 min 955 kvadrat metr ərazi təmizlənib.

Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 675 min 552-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Gədəbəy, Göygöl, Goranboy, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ötən ay ərzində 4 mina/PHS hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti