...

Əli Həsənov: Dağlıq Qarabağda yetişdirilən narkotik vasitələrin satışından əldə olunan vəsaitlərlə silah-sursat alınır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2013 19:00 (UTC +04:00)
Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda 20 ildir ki, külli miqdarda narkotik vasitələr yetişdirilir və bunun satışından əldə olunan vəsaitlərlə silah-sursat alınır. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib.
Əli Həsənov: Dağlıq Qarabağda yetişdirilən narkotik vasitələrin satışından əldə olunan vəsaitlərlə silah-sursat alınır

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda 20 ildir ki, külli miqdarda narkotik vasitələr yetişdirilir və bunun satışından əldə olunan vəsaitlərlə silah-sursat alınır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə iri terror dəstələri hazırlanır və bu dəstələrdən müxtəlif ölkələrdə istifadə olunur: "Əsasən, elə bu narkotik vasitələrdən əldə olunan vəsaitlərlə Dağlıq Qarabağda iri terror mərkəzləri yaradılıb, onlara kütləvi təlimlər keçirilir və dünyanın bütün münaqişə zonalarına buradan terror dəstələri, terrorçular göndərilir".

Həsənov bildirib ki, bu faktlar öz təsdiqini tapıb və Azərbaycan dövləti, Azərbaycan Prezidentinin lazımi yerlərdə bu barədə dəfələrlə məsələ qaldırmasına baxmayaraq, təəssüflər olsun ki, buna heç bir reaksiya verilməyib, tədbir görülmür:

"Biz BMT-nin hesabatına Dağlıq Qarabağdan keçən narkomarşrutun əlavə edilməsi üçün müraciət etdik, amma etmədilər. Bu da bir daha göstərir ki, dünyada olan narkomafiya dünyanın bir çox bölgələrində necə dəstəklənirsə, Dağlıq Qarabağda da o şəkildə dəstəklənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti