...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan ordudakı itkilərini məqsədyönlü şəkildə gizlədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 May 2014 15:42 (UTC +04:00)
Erməni tərəfi Ermənistan ordusundakı itkilərin çoxunu məqsədyönlü şəkildə gizlədir. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti Trend-in Ermənistan ordusundakı itkilərin gizlədilməsi barədə sorğusuna cavab olaraq bəyan edib.
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan ordudakı itkilərini məqsədyönlü şəkildə gizlədir

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/

Erməni tərəfi Ermənistan ordusundakı itkilərin çoxunu məqsədyönlü şəkildə gizlədir. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti Trend-in Ermənistan ordusundakı itkilərin gizlədilməsi barədə sorğusuna cavab olaraq bəyan edib.

Trend İnformasiya Agentliyi tərəfindən Ermənistan ordusunda itkilərin gizlədilməsi barədə yayılan məlumatların həqiqətə uyğun olduğunu bəyan edən mətbuat xidməti həmin itkilərin əsasən qeyri-döyüş xarakterli olduğunu açıqlayıb: "Biz özümüz də Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı müxtəlif məlumatları mütəmadi olaraq izləyirik. Lakin Ermənistan ordusunun itkiləri barədə heç bir statistik qeydlər aparmırıq. Trend olaraq sizin agentliyin Ermənistan tərəfinin ordudakı itkiləri gizlətməsi barədə məqaləsini də oxuduq. Həqiqətən də erməni tərəfi Ermənistan ordusundakı itkilərin çoxunu məqsədyönlü şəkildə gizlədir. Onlar bilirlər ki, bu məlumatlar yayılsa, Ermənistan ictimaiyyətində ölkə və ordu rəhbərliyinə narazılıq yarana bilər. Maraqlısı budur ki, həmin itkilərin çoxu qeyri-döyüş itkiləridir. Yəni döyüş itkilərinə nisbətən Ermənistan ordusunda intizamsızlığa, bir-birilərinə qarşı qeyri-nizamnamə hərəkətlərinə yol verilməsi, eləcə də xəstəliklər nəticəsində baş verən itkilər daha çox olur. Təkcə bir faktı qeyd etmək yetər ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan mayın 28-də cəbhə xəttində baş verən insidentdən sonra yaralanan erməni hərbçilərin sayını açıqlamır, ümumən yaralananların olduğunu qeyd edib".

Qeyd edək ki, Trend-in əldə etdiyi məlumata görə, Ermənistan tərəfi ictimaiyyət arasında xaos yaranmaması məqsədilə orduda müxtəlif səbəblərdən həlak olan və yaralananların sayını bir neçə dəfə azaldır və ya gizli saxlayır.

Belə ki, son 3-4 ay ərzində cəbhə xəttində azəşkəsin pozulması, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin postlarına basqın və kəşfiyyat-diversiya cəhdlərinin qarşısının alınması zamanı, eləcə də ermənilərin öz aralarında baş verən insidentlər, nizamnamədən kənar hərəkətlər nəticəsində düşmən tərəfindən ölənlərin sayı 11, yaralananların sayı isə 3 nəfər olub.

Həlak olanlar podpolkovnik Qarik Balyan, baş leytenant Arutyun Safaryan, leytenant Araik Babayan, yefreytor Erik Qasparyan, o cümlədən əsgərlər Artur Oqancanyan, Armen Ovannisyan, Edik Şahnəzəryan, Karen Qalstyan, Arman Qukasyan, Qarnik Torosyan, Nerses Karapetyandır.

Düşmənin Mqer Xlqatyan, Varazdat Zakaryan, Aşot Qriqoryan adlı hərbi qulluqçuları isə yaralanaraq sıradan çıxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti