...

Azərbaycan Ordusunun cəbhədə şəhid olan əsgəri Tovuzda torpağa tapşırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2014 17:36
Cəbhədə şəhid olan hərbçilərdən biri Tovuzda torpağa tapşırılıb.
Azərbaycan Ordusunun cəbhədə şəhid olan əsgəri Tovuzda torpağa tapşırılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlkin İzzət/

Cəbhədə şəhid olan hərbçilərdən biri Tovuzda torpağa tapşırılıb.

Trend Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun əsgəri Vüqar Poladov bu gün doğulduğu Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub.

Dəfn mərasiminə şəhidin doğmaları ilə yanaşı, rayon ictimaiyyəti də qatılıb. Vətən uğrunda canından keçən əsgərin ailəsinə dərin hüznlə başsağlığı verilib, səbir dilənib. Şəhid əsgər ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb.

Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib.

Qeyd edək ki, işğalçı Ermənistanın silahlı qüvvələrinin son günlər fəallaşaraq Ermənistan-Azərbaycan sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etməsi və gedən döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti