...

Ermənilər cəbhədə atəşkəsi 33 dəfə pozdular

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2015 09:32 (UTC +04:00)
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub.
Ermənilər cəbhədə atəşkəsi 33 dəfə pozdular

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Cəvahirli, Kəngərli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti