Bakı. Orxan Quluzadə - Trend:
Dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləməlidir.
BunuTrend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə heyətinin sabiq üzvü Məzhər Bağlı deyib.
Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyə tam haqqı çatır: "Azərbaycan Türkiyə üçün qardaş ölkə olduğundan Ankara Azərbaycan ərazilərinin işğalını Türkiyəyə qarşı təcavüz kimi qiymətləndirir".