...

Azərbaycan-Türkiyə-Rusiya formatı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün effektli ola bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2016 15:52 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün effektli ola bilər. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın "A Haber" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, həmçinin Rusiya da belə bir əməkdalıq formatının yaradılmasına müsbət yanaşır.

Kalının sözlərinə görə, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində pozitiv hal müşahidə olunur: “Əgər Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini azad etsə, bu proses daha da sürətlənər”.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına da yardım edəcək: “Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsa, bundan daha çox Ermənistan fayda görəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti