...

Müdafiə Nazirliyi: Erməni tərəfi real faktı növbəti dəfə inkar etməyə çalışır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Dekabr 2016 18:31 (UTC +04:00)
Dekabrın 12-də cəbhə xəttinin müxtəlif istiqamətlərində 2 ədəd pilotsuz uçuş aparatını (PUA) itirən erməni tərəfi hər zaman olduğu kimi absurd bəhanələr gətirməklə real faktı növbəti dəfə inkar etməyə çalışır.
Müdafiə Nazirliyi: Erməni tərəfi real faktı növbəti dəfə inkar etməyə çalışır

Bakı. Trend:

Dekabrın 12-də cəbhə xəttinin müxtəlif istiqamətlərində 2 ədəd pilotsuz uçuş aparatını (PUA) itirən erməni tərəfi hər zaman olduğu kimi absurd bəhanələr gətirməklə real faktı növbəti dəfə inkar etməyə çalışır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi utanmadan onlara məxsus vurulmuş PUA-ları bu dəfə guya “Azərbaycanlı uşaqların oyuncaqları” kimi qələmə verir. Halbuki bu vaxtadək elə Yerevanın müxtəlif səviyyəli rəsmiləri özləri etiraf edərək Ermənistan ordusunun təminatına küstar üsulla və əldəqayırma pilotsuz uçuş vasitələrinin daxil edilməsi barədə dəfələrlə məlumatlar səsləndiriblər:

Gün ərzində düşmənə məxsus ikinci pilotsuz uçuş aparatı vuruldu (FOTO)

Gün ərzində düşmənə məxsus ikinci pilotsuz uçuş aparatı vuruldu (FOTO)

"Fotonun sol və sağ künclərində pərlərdən də göründüyü kimi, bu foto Ermənistana məxsus vurulan pilotsuz uçuş aparatlarından birindən əldə edilib. Fotoda PUA uçuşa buraxılmadan əvvəl aparatı idarə etmək üçün əlində pult olan hərbi qulluqçu və onun ətrafına toplaşan digər hərbçilərin prosesi izləməsi təsvir olunub.

Bu bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün fəaliyyətlərini yalnız yalan və saxtakarlıq üzərində qurmaqla dünya ictimaiyyətini aldatmağa cəhd göstərirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti