...

Qarabağ qazisi: Ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər, yetər ki, müstəqil Azərbaycanımız var olsun

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Fevral 2019 09:24 (UTC +04:00)
Ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər, yetər ki, müstəqil Azərbaycanımız var olsun
Qarabağ qazisi: Ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər, yetər ki, müstəqil Azərbaycanımız var olsun

Bakı. Elçin Mehdiyev - Trend:

Ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər, yetər ki, müstəqil Azərbaycanımız var olsun.

Trend-in məlumatına görə, bunu fevralın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı Qarabağ qazisi, baş leytenant Kamil Musavi deyib.

K.Musavi bildirib ki, Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir: "Bu gün Azərbaycanın gələcəyi olaraq biz gənclərin üzərinə çox böyük vəzifələr düşür. Onlardan biri və birincisi vətənpərvər olmağımızdır. Hər bir gənc vətənpərvər olmalıdır, Vətənini sevməlidir. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib hərbçi olmaq deyil. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib səngərdə dayanmaq deyil".

O qeyd edib ki, hər bir insanın vətənpərvərliyi öz sahəsində Vətəninə, xalqına, millətinə vicdanla xidmət etməsidir:

"Mən bu gün burada həm Azərbaycan Ordusunu, həm Qarabağ qazilərini təmsil edirəm. Bildirmək istəyirəm ki, biz hər zaman döyüş əhval-ruhiyyəsi ilə yaşayırıq. Biz hər zaman öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək arzusundayıq.

Cənab Baş Komandan, bir zamanlar hücum əmri sanki yaddaşımızdan silinmişdi. Amma Aprel döyüşlərində gözlənilməyən anda Sizin "İrəli" əmri verməyiniz cəsarətli qərarlarınızdan oldu. Siz çıxışlarınızın birində belə bir fikir söyləmişdiniz: "Biz öz doğma torpaqlarımızı heç kimə verməyəcəyik və heç bir zaman bu vəziyyətlə barışmayacağıq". Bu fikirlərinizi dünyaya sübut etmək və öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Azərbaycanın qeyrətli oğulları Sizin "İrəli" əmrinizə hazırdır.

Möhtərəm cənab Prezident, "İrəli" əmri verdiyiniz zaman biz qazilər də bu əmrdən kənarda qalmayacağıq. Düzdür, kimlərsə düşünər ki, bədənin hər hansısa bir üzvünü itirmiş insanlar necə döyüşə bilər? Amma ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər. Yetər ki, xalqımız yaşasın, yetər ki, müstəqil Azərbaycanımız var olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti