...

Gürcüstan Ermənistan və Azərbaycan nümayəndələrini Tbilisidə qəbul etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2020 19:11 (UTC +04:00)
Gürcüstan Ermənistan və Azərbaycan nümayəndələrini Tbilisidə qəbul etməyə hazırdır

Bakı. Trend:

Gürcüstanın Baş naziri Georgi Qaxariya Ermənistana və Azərbaycana münaqişənin həlli üzrə məkan olaraq Tbilisini təklif edib.

Trend-in məlumatına görə, Baş nazir bunu Dağlıq Qarabağda yaranmış vəziyyəti şərh edərkən deyib.

Nazir bildirib ki, Ermənistanla Azərbaycanın növbəti hərbi qarşıdurması nəticəsində mürəkkəb vəziyyət yaranıb:

“Çoxlu sayda qurban var və təəssüf ki, döyüş əməliyyatlarının başa çatması və dialqoun bərpası hələ mümkün görünmür. Biz başa düşürük ki, vəziyyətin daha da gərginləşməsi bütün regionun təhlükəsizliyinə mənfi təsir göstərəcək. Biz ATƏT Minsk qrupunun həmsədrlərini və digər beynəlxalq iştirakçıları eskalasiyaya son qoymaq və dialoqu bərpa etmək üçün bütün imkanlardan istifadə etməyə çağırırıq. Regionda tezliklə sülhü bərqərar etmək hamımızın marağındadır. Gürcüstan bu prosesi dəstəkləmək, o cümlədən münaqişə tərəflərinin nümayəndələrinin dialoq məqsədi ilə Tbilisidə görüşünü keçirməyə hazırdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti