...

Ermənistan Silahlı Qüvvələri tərəfindən təmas xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi həlak olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2006 11:18 (UTC +04:00)

Aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən təmas xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi həlak olub. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 09.00-da Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin 1,3 km şimalında yerləşən düşmən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri atıcı silahlardan atəşə tutulub. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Yaqubov Şaban Məhəmməd oğlu ağır yaralanaraq şəhid olub, digər əsgər Şirinov Niyaməddin Əsəd oğlu isə yaralanıb.

Daha sonra Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 21.45-də Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.05-də isə Qazax rayonunun Cəfərli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini, o cümlədən Cəfərli kəndini avtomat və pulemyotlardan atəşə tutub.

Cavab atəşilə düqşmən susdurulub, itki yoxdur.

Həlak olmuş əsgər Yaqubov Şaban 2005-ci ilin aprel aynıda Zaqatala rayon Hərbi Komissarlığı, yaralanmış əsgər 1979-cu il təvəllüdlü Şirinov Niyaməddin isə 2005-ci ilin yanvar ayında Goranboy rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olmuş əsgərin valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verib.

Xəbər lenti

Xəbər lenti