...

Azərbaycanın Müdafiə Nazirliyi: Azərbaycan əsgəri erməni əsirliyindən azad edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Dekabr 2006 13:44 (UTC +04:00)

Dekabrın 23-də səhər saatlarında erməni əsirliyində olan Azərbaycan əsgəri Vüsal Qaracayev əsirlikdən azad edilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Milqar Verdiyev məlumat verib.

Dekabrın 7-də əsir düşmün əsgər Beynəlalq Qırmızı Xaç Komitəsinin apardığı danışıqlar nəticəsində azad olub.

Müdafiə Nazirliyinin əməkdaşı əsgərin Azərbaycan tərəfə qaytarılmasının cəbhə xəttinin hansı istiqamətində baş tutması barədə hər hansı məlumatın olmadığını vurğulayıb.

Qeyd edək ki, Vüsal Qaracayev əsgərin əsir düşməsi ilə bağlı Müdafiə Nazirliyinin məlumatlarında bildirilirdi ki, əsgər dekabrın 7-də Ağdamda - qoşunların təmas xəttində yolu azıb və erməni hərbçiləri tərəfindən əsir götürülüb.

1988-ci il təvəllüdlü əsgər Balakən rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıbmış.

Xəbər lenti

Xəbər lenti