...

Dağlıq Qarabağın Azərbaycanlı İcması Bakıda yerləşdiriləcək və qərargahla təmin olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2007 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dağlıq Qarabağın Azərbaycanlı İcması paytaxt Bakıda yerləşdiriləcək və qərargahla təmin olunacaq. Bu barədə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin həmtəsisçisi, Xankəndindən millət vəkili Həvva Məmmədova məlumat verib.

Deputat Məmmədova bildirib ki, İctimai Birlik Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə qərargahla bağlı müraciət edib. Dövlət Komitəsindən müraciətə verilən cavabda bildirilib ki, Azərbaycanlı İcma tezliklə Bakıda müvafiq bina ilə təmin olunacaq.

İctimai Birliyin həmtəsisçisi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Bakıda yerləşdirilməsinin səbəbinə aydınlıq gətirib. Bildirib ki, xarici dövlətlərin, beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri həmişə paytaxta-Bakıya gəlirlər: "Bakıya gələn hər bir xarici qonağın da bizim icma ilə görüşləri təşkil edilməlidir. Biz bu yolla həm öz problemlərimizi beynəlxalq ictimaiyyətə çatdırmalıyıq, həm də xarici nümayəndələr görüb bilməlidirlər ki, Dağlıq Qarabağın azərbaycanlı icması olub, indi də var. Azərbaycanlı icma Dağlıq Qarabağda hətta sayına görə çoxluq təşkil edir, amma buna baxmayaraq bütün hüquqları pozulub".

Xəbər lenti

Xəbər lenti