...

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi ermənilərin Azərbaycanın işğal olunan ərazilərində hərbi təlimlər keçdiyini təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 May 2007 14:27 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi ermənilərin Azərbaycanın işğal olunan ərazilərində hərbi təlimlər keçdiyini təsdiqləyib

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərində hərbi təlimlər keçdiyini təsdiqləyib. Bu barədə Kaspşik çərşənbə günü qoşunların təmas xəttində, Tərtərin Qapanlı kəndində keçirdikləri növbəti monitorinq zamanı jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, ermənilər tərəfindən keçirilən hərbi təlimlər zamanı güclü partlayışlar qoşunların təmas xəttindəki yaşayış məntəqələrində də eşidilib.

Kaspşik Azərbaycanın işğal olunan ərazilərində yanğın faktlarının qeydə alınmadığını deyib və bu cür hal aşkarlanan zaman ATƏT-in xüsusi qrupunun bununla məşğul olacağını vurğulayıb.

ATƏT-in nümayəndələri bu gün Tərtər rayonunda olarkən rayonun icra başçısı Vidadi İsayevlə görüşüblər. İsayev görüşdə ermənilərin kəndi tez-tez atəşə tutmasını və vətəndaşların həyatını təhlükə altında qoyduqlarını diqqətə çatdırıb.

Qoşunların təmas xəttində növbəti monitorinq insidentsiz ötüşüb.

Tərtər paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti