...

Hakim partiya müxalifətin hərbi vəziyyətlə əlaqədar siyasi fəaliyyətini dayandırmaq təşəbbüsünü alqışlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2007 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda Qarabağla bağlı fövqəladə hərbi vəziyyət yaranarsa, bütün partiyaların öz siyasi fəaliyyətini dayandıracağı və iqtidar ətrafında birlik nümayiş etdirəcəyi barədə müxalifətin bəyanatı hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən müsbət qarşılanır. Bu barədə YAP-ın sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədov açıqlama verib.

Müxalifət partiyalarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən Qarabağ Forumunda siyasi liderlər bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrindən istifadə edərək öz Konstitusiyasının tələblərini yerinə yetirməli, həmçinin fövqəlada hərbi vəziyyət zamanı bütün partiyalar öz siyasi fəaliyyətlərini dayandırmalıdır. Qarabağla əlaqədar ölkədə gərginlik yaranarsa, heç kəs bu problemdən öz məqsədləri üçün istifadə etməməli, vəziyyətdən yararlanaraq hakimiyyətə gəlmək uğrunda mübarizə aparmamalıdır.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi bildirib ki, müxalifətin Qarabağ probleminin həlli üçün iqtidar ətrafında birlik nümayiş etdirməsini alqışlayır: "Qarabağ məsələsi ilə əlaqədar ölkədə hamının mövqeyi eynidir. Siyasi partiyaların tədbirlərində birmənalı şəkildə bu mövqe nümayiş etdirilir. Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs Azərbaycanın ərazi bütövlyünün təmin olunmasını istəyir" - deyə Əhmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti