...

Azərbaycanın işğal olunmuş ərazilərdə ekoloji tarazlıq pozulduğundan çəyirtkələr Tərtərin əkin sahələrinə daraşıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2007 17:21 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Tərtər rayonun cəbhəyani ərazilərində yerləşən əkin sahələrinə və yaşayış məntəqələrinə kütləvi şəkildə çəyirtkə sürüləri daraşıb. Tərtər rayon İcra Hakimiyyətindən çərşənbə günü bildiriblər ki, çəyirtkələr Ermənistan Silahlı Qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərində ekoloji tarazlığı pozduğu üçün əkin sahələrinə daraşıb.

Ötən ilin bu aylarında yanğınlarla əlaqədar işğal altında olan ərazilərdən təmas xəttinə yaxın kəndlərdə çəyirtkələr kənd təsərrüfatı məhsullarına xeyli ziyan vurmuşdu.

Tərtər paytaxt Bakıdan 350 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti