...

Qoşunların təmas xəttində Azərbaycanın mülki şəxsi yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində qoşunların təmas xətti ərazisində Azərbaycanın mülki şəxsi yaralanıb. Trend in bölgə müxbirinin sözlərinə görə, cümə axşamı günorta saatlarında paytaxt Bakıdan 350 kilometr cənub-qərbdə yerləşən Tərtər rayonunun Şıxarx kəndi ərazisində, qoşunların təmas xətti ərazisi yaxınlığında mal-qara otaran kənd sakini Zöhrab Boran oğlu Quliyev qolundan yaralanıb. Yaralının yaxınlarının verdiyi məlumata görə, Quliyev evdə müalicə alır və hazırda vəziyyəti normaldır.

Tərtər rayon Mərkəzi Xəstəxanasından bu adda xəstənin qeydə alınmadığı bildirilib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən də bu haqda onlarda məlumat olmadığını deyiblər.

Xəbər lenti

Xəbər lenti