...

Beynəlxalq konfransın bəyannaməsindən: "Bəşəriyyətin üzləşdiyi qarşıdurmalar qorxulu həddə çatıb"

Siyasət Materials 27 Sentyabr 2007 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/Müasir dünyanın üzləşdiyi qlobal prorblemlərin həll edilməsi naminə sivilizasiyaların dialoqunun genişləndirilməsi istiqamətində siyasi partiyaların səylərinin artırılması vacibdir. Bu barədə Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Bakıda "Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu" mövzusunda keçirilən birgünlük beynəlxalq konfransın sonunda qəbul olunan bəyannəmədə bildirilib.

"Hazırda bəşəriyyətin üzləşdiyi qarşıdurmalar qorxulu həddə çatıb. Bu qarşıdurmalar ciddi təhlükəyə çevrilmiş terrorizim, zorakılıq, davakar separatizm və radikallığın qida mənbəyinə çevrilib. Müasir dövrün təhlükəli çağırışlarına qarşı bütün səyləri birləşdirmək zəruridir", -deyə bəyannamədə vurğulanıb.

YAP-ın təşkilatçılığı ilə keçirilən "Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu" beynəlxalq konfransında dünyanın 20-dən artıq ölkəsini təmsil edən nümayəndə heyətləri iştirak edib.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti