...

Azərbaycan prezidenti Adriatik dənizi ölkələrini energetika sahəsində əməkdaşlığa çağırıb

Siyasət Materials 2 Oktyabr 2007 19:23 (UTC +04:00)
Azərbaycan prezidenti Adriatik dənizi ölkələrini energetika sahəsində əməkdaşlığa çağırıb

Azərbaycan, Bakı/ Trend , müxbir A.İsmayılova/ Adriatik dənizi hövzəsi ölkələri Qara dəniz və Xəzər sahili ölkələr arasında energetika sahəsində aparılan fəal dialoqa qoşula bilərlər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya prezidenti Stipe Mesiçlə birgə mətbuat konfransında bildirib.

Prezident Əliyev söyləyib ki, Azərbaycan bu əməkdaşlıqda maraqlıdır. Stipe Mesiçin sözlərinə görə, Azərbaycan Xorvatiya üçün ən yüksək iqtisadi inkişaf göstəriciləri olan ölkə kimi maraqlıdır. Xorvatiyada da Azərbaycan üçün maraqlı olan sahələr var. "Biz hesab edirik ki, Azərbaycan və Xorvatiya arasında əməkdaşlığın açarı iqtisadi əlaqələrin inkişafı olmalıdır",-deyə o bəyan edib.

Xorvatiya prezidentinin rəyincə, ölkələr arasında iqtisadi əməkdaşlığın hazırkı mərhələsi qane- edici deyil və bu gün imzalanmış ikitərəfli sənədlər əlaqələrin inkişafı üçün hüquqi bazanı yaradacaq.

Xəbər lenti

Xəbər lenti