...

İran və Azərbaycan gənclər və idman sahəsində memorandum imzalayacaqlar(video)

Siyasət Materials 31 Oktyabr 2007 17:37 (UTC +04:00)
İran və Azərbaycan gənclər və idman sahəsində memorandum imzalayacaqlar(video)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Yaxınlarda Azərbaycanın Gənclər və İdman Nazirliyi İranın Milli Gənclər Təşkilatı ilə əməkdaşlıq barədə müqavilə imzalayacaq. Bu barədə qərar Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun iranlı həmkarı Höccətülislam Əli Əkbərlə görüşündə qəbul olunub.

"İran və Azərbaycan dost ölkələrdir və bizim bir çox ümumi cəhətlərimiz var. Bizim əməkdaşlıq edə biləcəyimiz müəyyən sahələr var. Ona görə də bu sənədin imzalanması çox mühümdür",-deyə Rəhimov söyləyib. Onun sözlərinə görə, həm xristian, həm müsəlmanlar arasında əməkdaşlıq çox mühümdür və gənclər təşkilatları burda mühüm rol oynaya bilər. O, həmçinin, söyləyib ki, Azərbaycan İranın uşaq və könüllülər təşkilatlarının təcrübəsini öyrənməyə hazırdır. Əkbərin sözlərinə görə, gənclərin əməkdaşlığı digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün əsasdır.

Xəbər lenti

Xəbər lenti