...

Səfir İranın Azərbaycanı narkotik vasitələrlə təchiz edən ölkə olması barədə ittihamlarla razı deyil (video)

Siyasət Materials 20 Noyabr 2007 20:33 (UTC +04:00)
Səfir İranın Azərbaycanı narkotik vasitələrlə təchiz edən ölkə olması barədə ittihamlarla razı deyil (video)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / İranın Azərbaycandakı səfiri ölkəsinin Azərbaycanı narkotik vasitələrlə təchiz edən ölkə olması barədə ittihamlarla razı deyil. Bu barədə İranın Azərbaycandakı səfiri Nəsir Həmidi Zare məlumat verib.

Son dövrlərdə Azərbaycanın hüquq-mühafizə orqanları İran tərəfindən narkotik vasitə təhlükəsinin olduğunu bildirirlər.

"İran hər gün qanunsuz dövriyyədə və narkotiv vasitələrdən istifadədə ittiham olunan rəsmi olaraq 100-ə yaxın azərbaycanlını Azərbaycan tərəfinə təhvil verir" - deyə səfir qeyd edib.

Səfirin sözlərinə görə, İranın hüquq-mühafizə orqanları əraziyə Əfqanıstan və Orta Asiyadan narkotik vasitələrin tranziti və dövriyyəsi ilə amansız mübarizə aparır. Məhz bunun sayəsində Azərbaycan və regionun digər ölkələri bu problemi o qədər də hiss etmir" - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti